Xəbər - Fidan Babayeva – Trend:
Azərbaycan Energetika Nazirliyi və Böyük Britaniya Beynəlxalq Ticarət Nazirliyi arasında “Təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq üzrə Anlaşma memorandumu” imzalanıb.
AzerTimes-ın məlumatına görə, sənəd ölkələr arasında energetika və iqlim dəyişikliyi probleminin həlli imkanlarının öyrənilməsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
Memorandum çərçivəsidə bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, azkarbonlu texnologiyalar, liberal enerji bazarlarına keçid və elektrik şəbəkələri sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)