Azərbaycan və Böyük Britaniya rəqəmsal hökumət sahəsində Niyyət protokolu imzalayıb

Xəbər - Fidan Babayeva – Trend:

Azərbaycan Prezidenti yanından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə Böyük Britaniyanın Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət protokolu imzalanıb.

AzerTimes-ın məlumatına görə, bundan başqa, Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın dördüncü iclasının yekunları ilə bağlı protokol imzalanıb.


(Tərcümə: Orxan Nəbiyev)