Azərbaycan və Böyük Britaniya münasibətləri təkcə enerji sahəsində əməkdaşlığa əsaslanmır – Səfir

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər təkcə enerji
sektorunda əməkdaşlığa əsaslanmır. Ölkələrimiz arasında əlaqələr
mədəniyyət, təhsil və digər sahələrdə də inkişaf edir.

AzerTimes-ın məlumatına görə, bunu cümə günü Böyük Britaniyanın
Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan və Böyük Britaniya
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi
münasibətilə keçirilən tədbirdə deyib.

Səfir əlavə edib ki, ölkəsi işğaldan azad edilmiş ərazilərdə
minalardan təmizləmə prosesinə dəstəyini davam etdirir.

Ceyms Şarp iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə
ümidvar olduğunu bildirib.

Teqlər: