Azərbaycan və BƏƏ bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üzərində işləyir – Nazir

Bu gün Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlığın
genişləndirilməsi ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə
intensiv danışıqlar aparır.

Trend-in
məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov ərəb
KİV-lərinə müsahibəsində deyib.

“Biz həm Azərbaycanda, həm də BƏƏ-də əməkdaşlıq və birgə
investisiya imkanlarını müzakirə edirik. Bir müddət əvvəl 230
meqavatt gücündə yeni günəş elektrik stansiyasının təməli qoyulub.
Bu, bərpa olunan enerji sahəsində Azərbaycanda 100 faiz BƏƏ-nin
investisiyaları ilə icra olunan ilk sənaye layihəsidir. Bizim bu
baxımdan ambisiyalı planlarımız var və biz bu uğurlu əməkdaşlığı
davam etdirmək niyyətindəyik”, – nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: