Azərbaycan və BƏƏ arasında energetika sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə
Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri
Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyəti arasında
görüş keçirilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə Qaradağ GES-in təməlinin qoyulması iki ölkə
arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirilib.
Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji
əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi
dəyərləndirilib.

Söhbət zamanı bərpa olunan enerjinin bir çox istiqamətləri,
həmçinin təbii qaz, hidrogen və elektrik enerjisi sahələri üzrə
əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teqlər: