Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Aİ-nin həm Azərbaycana, həm də regiona marağının artmasını müşahidə edirik
“Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, çoxsaylı görüşlər bunu deməyə əsas verir. Azərbaycan və Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib. Aİ və Azərbaycan arasında ikitərəfli saziş üzrə danışıqlar davam edir. Saziş əsasən 4 bölmədən ibarətdir. Bu siyasi təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”, – deyə nazir qeyd edib.