Azərbaycan və ABŞ səfirliyimizə hücumu müzakirə etdi

Azərbaycan və ABŞ səfirliyimizə hücumu müzakirə etdi

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Culiyana Smislə görüşüb.

AzerTimes xəbər verir ki, bunu C.Hüseynzadə Tvitterdə yazıb.

Tərəflər yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu müzakirə ediblər.

Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.

Teqlər: