Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə 3-cü yeri qazandı (FOTO)

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm
Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən üzgüçülük
növü üzrə Beynəlxalq turnirdə 3 cü yerə sahib olub, bürünc medal
qazanıb.

Trend xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyandan
verilən məlumata görə ilkin mərhələdə 96 idmançı arasında finala
vəsiqə qazanan Məryəm 50 metr sərbəst üsulda 26.83 nəticə ilə
güclülər sırasında ilk üçlükdə yer ala bilib. Üzgüçülük üzrə milli
komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun sözlərinə görə Məryəm
Şeyxəlizadəxangahın 50 metr sərbəst üsulda 26.83 nəticəsi ölkə və
həm də şəxsi rekordudur:

“Komanda yarışlara ciddi hazırlaşır. Məryəmin çıxışında
lisenziya normativi üçün çöx cüzi vaxt çatışmamazlığı oldu.
Ümidvarıq ki, növbəti yarışlarda o dünya çempionatına vəsiqə qazana
biləcək” deyə baş məşqçi əlavə edib.

Teqlər: