Çin mallarının Azərbaycan üzərindən daşınmasını artırmaq üçün
böyük potensial var.
Bu barədə AzerTimes-a
aprelin 28-də Şuşa şəhərində keçirilən “Cənubi Qafqaz: İnkişaf və
əməkdaşlıq” beynəlxalq konfransının iştirakçısı, Kembric
Universitetinin Çinin Avrasiya məkanında fəaliyyətinin tədqiqatçısı
İnfen Tzi bildirib.
“Çindən Azərbaycan üzərindən çoxlu konteynerlər və yüklər
daşınır. Bakı limanında oldum və Çindən gələn konteynerlərin sayını
gördüm”, – deyə o bildirib.
Onun sözlərinə görə, sərmayələri cəlb etmək üçün rabitə və digər
yeni platformalar qurmaqla tranzit həcminin əhəmiyyətli dərəcədə
artmasına nail olmaq mümkündür.
İ.Tzi əlavə edib ki, Azərbaycan üzərində daşımalar Çini Avropa
ilə birləşdirən ən mühüm marşrutlardan biridir və onun
potensialının inkişafına olduqça ehtiyac var.