Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçiriləcək

Xəbər - Samir Əli – Trend:

Uşaqlar öz hüquqlarını müdafiə etməyə hazır olmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim-mənim hüquqlarım” adlı tədbirdə komitə sədri Bahar Muradova deyib.

O bildirib ki, rəhbərlik etdiyi qurum, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə əməkdaşlığı çərçivəsində noyabr ayında Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun keçirilməsini planlaşdırır:

“Hər il bu gün bütün dünyada Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü kimi qeyd edir. Bu gün bütün uşaqların hüquqlarının müdafiəsi həyata keçirilir. Bu gün tədbirdə Azərbaycanın 76 rayonundan uşaqlar iştirak edir. Dövlət Komitəsi yanında uşaq səfirləri yaradılıb. 76 regiondan 96 uşaq tədbirə qoşulub. Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunvericilik bazası normaldır. Həm beynəlxalq sənədlər, həm milli qanunvericiliyinin uşaq hüquülarının müdafiəsinə xidmət edir. Uşaqlar öz hüquqlarını müdafiə etməyə hazır olmalıdır. Bu istiqamətdə dövlət siyasəti olmalıdır, dövlət qurumları bu siyasətin həyata keçirilməsinə cəlb olunmalıdır. Bu istiqatdə lazımi tədbirlər keçirilsə də, proses davam etdorilməli, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ciddi işlər görülməlidir.uşaqlar öz hüquqlarını müdafiə etməklə yanaşı, böyüklərlə davranışı, ətraf mühitə diqqətini artırmalı, təhlükəsiz yaşayış səviyyəsini təmin etməlidir. Həssas təbəqəyə aid olan, valideyn hüququndan məhrum olan, müharibədən əziyyət çəkən uşaqlar daim diqqətdə saxlanılmalıdır. Bununla bağlı dövlət xüsusi tədbirlər görür, uşaq hüquqlarının müdafiəsi üçün beynəlxalq qurumlarla həm dövlət, həm QHT-lərin iştirakı ilə birgə layihələr həyata keçirilir, uşaqların maarifləndirilməsi, regiondakı uşaqların hüquqlarının həyata keçirilməsi istiqamətində addımlar atılıb.

2009-cu ildə ölkədə “Uşaq ili” elan ediləndən sonra uşaq hüquqları ilə bağlı bir çox qərarlar qəbul edildi, 2009-2017-ci illərdə bununla bağlı ölkədə 4 böyük forum keçirilib. Növbəti forum 2020- ci ildə keçirilməli idi. Lakin pandemiya və müharibə şəraitinə görə təxirə salındı. Artıq bu il bu forumu keçirmək istəyirik. Bununla bağlı bu gündən etibarən tədbirlər görülməyə başlanıb. Tədbir noyabrda başlanacaq. Amma tədbirə hazırlıqlar iyul ayından başlanacaq. Hər regionda 10 uşaqdan 1 i seçilərək Foruma cəlb ediləcək. Çalışacağıq ki, forum yeni standartlara uyğun olsun”.

Teqlər: