Azərbaycan Ukraynadakı humanitar vəziyyətdən dərin narahatdır – Nazir müavini

Azərbaycan Ukraynadakı humanitar vəziyyətlə əlaqədar dərin
narahatdır.

Trend-in
məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov
Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə
həsr olunmuş fotosərginın açılışında deyib.

O bildirib ki, Azərbaycan mövcud vəziyyətlə əlaqədar Ukraynaya
24 ton humanitar yardım göndərib.

“Azərbaycan öz vətəndaşlarının Ukraynadan çıxarılması ilə bağlı
tədbirlər görməyə davam edir”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: