Azərbaycan Ukraynada poliklinika təmir edəcək

Azərbaycan Ukraynada poliklinika təmir edəcək

Ukraynanın İrpen şəhərində SOCAR şirkəti Azərbaycan hökumətinin yardımı ilə poliklinikanı təmir edəcək. Azərbaycanlı tərəfdaşlar təmirə 60 milyon qrivna ayırırlar.

AzerTimes xəbər verir ki, bu barədə İrpen şəhərinin meri Aleksandr Markuşin məlumat verib.

Mer Aleksandr Markuşin çıxışında Azərbaycanı Ukrayna üçün dost, qardaş ölkə kimi qiymətləndirib:

“Biz müharibə zamanı Azərbaycanın daimi diqqətini görmüşük. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tez bir zamanda əsaslı təmir etdi. Azərbaycan dövlətinin İrpenin bərpasına dəstəyi davam edəcək. Mən müharibə zamanı İrpenə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Teqlər: