Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir – Ərdoğan

Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona
görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.


Trend
-in məlumatına görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə
açıqlamasında qeyd edib.

O bildirib ki, Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə
reaksiyası olub.

“Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq
erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, – deyə
R.T.Ərdoğan əlavə edib.

Teqlər: