Türkiyəyə birbaşa xarici investisiya bu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz artaraq 4 milyard 108 milyon dollara çatıb.
2016-cı ilin ilin ilk yarısında isə bu rəqəm 2 milyard 736 milyon dollar olub.
Beləliklə, Türkiyənin xarici sərmayə xalis aktiv alışı 1 milyard 645 milyon dollar oldu.
Türkiyədə 2017-ci ilin yanvar-iyun ayları arasında ən çox sərmayə qoyan ölkələr İspaniya (24,3 %), Hollandiya (20 %), Qətər (13,2 %), Azərbaycan (7,5) və Belçikadır (5,2).