Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün yola düşür.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, təyyarə bir saata yola düşəcək.
FHN-dən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.