Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin iyununda Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 43,05 faiz azalıb.
Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,397 milyard, İrandan 867,01 milyon, Azərbaycandan isə 522,56 milyon kubmetr təşkil edib.
İyun ayında Rusiyadan Türkiyəyə qaz ixracı 58,98 faiz, İrandan isə 21,33 faiz artıb.
2021-ci ilin iyununda Türkiyəyə ümumi qaz idxalı ötən ilin iyunu ilə müqayisədə 104,2 faiz artaraq 4,065 milyard kubmetr təşkil edib. Türkiyə 3,787 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 278,22 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)