Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan hökuməti Türkiyənin “Türksat” peyk rabitəsi operatoru ilə fəal əməkdaşlıq edir.
AzerTimes-ın məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini Ceyhun Salmanov “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransında deyib.
O bildirib ki, bu sahədə “Türksat”ın proqramları tətbiq olunur, mütəmadi olaraq təcrübə mübadiləsi aparılır.
Öz növbəsində “Türksat”ın baş meneceri Həsən Ertok bildirib ki, 2008-ci ildən etibarən Türkiyədə əhaliyə elektron hökumət xidmətlərinin göstərilməsi layihəsi icra olunur:
“Bu müddət ərzində vətəndaşların 54 milyondan çox müraciəti qəbul edilib. 500-dən çox xidmət təqdim etmişik”.
H.Ertok əlavə edib ki, “Türksat” “ağıllı şəhər”lər yaratmaq məqsədilə Türkiyənin universitet və akademiyaları ilə əməkdaşlıq etməyi planlaşdırır.
(Tərcümə: Orxan Nəbiyev)