Azərbaycan Türkiyənin “Hürkuş” təlim təyyarəsinə maraq göstərir.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir bildirib.
Onun sözlərinə görə, “TCG Anadolu” desant gəmisinin 2022-ci ildə istifadəyə verilməsi üçün səylər göstərilir:
“Gəmidə hücum və digər PUA-ların yerləşdirilməsi layihəsi davam edir. Azərbaycan bu layihədə maraqlıdır. Ümid edirik ki, yaxın gələcəkdə bu istiqamətdə irəliləyiş əldə edəcəyik”.