Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib

2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 19,917 milyon dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Mart ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin martı ilə müqayisədə 0,2 faiz azalaraq 4,935 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 7,69 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artıb.


Son 12 ayda (mart 2020 – mart 2021) Türkiyə 26,259 milyard dollar məbləğində avtomobil ixrac edib.

(Tərcümə: Orxan Nəbiyev)