2021-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 56,138 milyon dollar təşkil edib.
Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
İyul ayında polad ixracı 2020-ci ilin eyni ayı ilə müqayisədə 18,9 faiz azalaraq 9,943 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 56,8 faiz artıb və 10,944 milyard dollar olub.
Qeyd edək ki, son 12 ay ərzində (iyul 2020 – iyul 2021) Türkiyə 16,569 milyard dollarlıq polad ixrac edib.
(Tərcümə: Orxan Nəbiyev)