Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları birgə təlim keçəcək

Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin
təliminə dair Anlaşma Memorandumunu təsdiqləyəcək.

AzerTimes-ın
məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti,
Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında
“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma
Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
iclasında müzakirə edilib.

Bundan əlavə, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin
məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi də komitənin bu
gün keçirilən toplantısında müzakirəyə çıxarılıb.

Hər iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

Teqlər: