Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili”
çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət
Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan və Türkiyənin vətəndaş
cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə
fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək
layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun
və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi
arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma
Memorandum”u imzalanıb.
Bakıda keçirilən forumda Azərbaycan Respublikası Prezident
Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və
kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə
Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə
əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz,
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya
İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Millət vəkili, Sosial
Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Medianın
İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev,
Millət vəkili, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Azərbaycan
Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov,
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə
Şurasının üzvü İsrayıl İsgəndərov, Türkiyədən və Azərbaycandan olan
QHT nümayəndələri və media üzvləri iştirak ediblər.
Foruma açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı
direktoru Aygün Əliyeva Azərbaycan – Türkiyə əlaqələrindən və
forumun əhəmiyyətindən danışaraq bildirib ki, belə bir əhəmiyyətli
forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük
təkan verəcəkdir. A.Əliyeva onuda qeyd edib ki, Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş
cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm
işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb.
Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının
fəaliyyəti ildən-ilə genişlənir.
Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət
təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal
Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni
həyatında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının
bir nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə
yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin
icrası prosesində onların iştirakına şərait yaradılması mühüm
əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən
vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət
təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir.
Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən
əlverişli hüquqi baza mövcuddur.
Çıxış edən digər natiqlər Türkiyə Respublikasının Daxili İşlər
Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə
heyətinin rəhbəri Ahmet Türköz , Türkiyə Respublikası Prezident
Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan
Qazigil, Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə
Heyətinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı
direktoru Əhməd İsmayilov, Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Millət vəkili Nizami
Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı
direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri
Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildiriblər
ki, 2022-ci il “Şuşa ili” çərçivəsində keçirilən Azərbaycan –
Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki
ölkənin QHT nümayəndələri üçün faydalı olacaq və bu sahənin daha da
təkmiləşməsinə böyük töhvə verəcəkdir.
Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sahələri
üzrə təqdimatları keçirilib. İkinci paneli açıq elan edən
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
nümayəndəsi Toğrul Məmmədli panelin proqramı haqqında məlumat
verib. Daha sonra SETA Xarici Siyasət araştırmacısı, Siyasət,
İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfi (SETA) Mustafa Caner, ADEM
İdarə Heyətinin rəhbərinin müavini, Qadın və Demokratiya Dərnəyi
xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və
Həmrəylik Vəqfi xanım Aygün Attar, Türkiyə Yeşilay Cəmiyyəti İcraçı
Direktor cənab Muhammet Nurullah Atalan, Türk Dünyası Mühəndislər
və Memarlar Birliyi Dr. İlyas Demirçi, Türkiyə Gənclik Vəqfi xanım
Elif Habip çıxış edərək öz sahələri üzrə təqdimatlar ediblər.
Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab
formatında diskusiyya aparılıb.
Forumun yekunu olaraq bəyanat səslənərək, qəbul edilib.