Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi kökləri var – Partiya sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Türkiyə qardaşlığının dərin tarixi kökləri var. 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyə qardaşlığının tarixində böyük bir hadisədir.

AzerTimes-ın məlumatına görə, bu fikirləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakısız Azərbaycanın müstəqilliyini təsəvvür etmək çətin idi: “Belə bir gündə xalqımız ayağa qalxdı və qardaş türklər Azərbaycana yardım etdi. Biz Nuru və Ənvər Paşanı minnətdarlıqla xatırlayırıq”.

E.Musayev qeyd edib ki, çətin gündə Azərbaycan və Türkiyənin bir yerdə olduğu yaxın tarixdə də sübut olunur:

“44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin hər cür dəstəyini gördük. Belə çətin zamanda Azərbaycan tək deyil. Azərbaycan artıq şərt qəbul edən deyil, diktə edən dövlətdir. Çox xoşbəxt haldır ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var”.

Twitter: @ElchinMehdiyev

Teqlər: