Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı yeni layihə planlaşdırırıq – Türkiyəli yazıçı (FOTO/VİDEO)

Azərbaycanla birgə qardaşlıq layihəsi planlaşdırırıq. Gələcək
günlərdə Azərbaycan-Türkiyə qardaşlığı mesajını dünya uşaqlarına
çatdıracağıq.

Bunu AzerTimes-a müsahibəsində türkiyəli uşaq yazıçısı, “Şakrak”
qəhrəmanı ilə tanınan Ayşe Gül Kara Zorlu deyib.

Dünyada çox sayda çizgifilmi, nağıl personajlarının olduğunu
deyən yazıçı türk dünyasına aid bir personajın yaradılmasını vacib
sayır:

“Uşaqların izlədiyi filmlərə, oxuduqları kitablara baxdıqda
hamısının xarici olduğunu görürük. Bəs nəyə görə türk dünyasına
məxsus bir personaj olmasın və bu personaj nə üçün bir kitab
vasitəsilə dünyada tanınmasın? Buna görə “Şakrak” personajını
yaratdıq. Dünyada minlərlə görmə məhdudiyyətli uşaqlar da var. Biz
onları düşünürək bu kitabları brayl əlifbası ilə də çap edirik. Bu
kitablar vasitəsilə uşaqlara insani keyfiyyətləri, milli dəyərləri
aşılayırıq” – deyə o bildirib.

Yazıçı bildirib ki, növbəti hekayələrdə Azərbaycanla bağlı da
nüanslar olacaq:

“”Şakrak” personajı Azərbaycana səyahət edərək buranın görməli
yerlərini, abidələrini gəzəcək və beləliklə bütün uşaqlar onun gözü
ilə Azərbaycanı tanımış olacaq”, – türkiyəli yazıçı deyib.

Teqlər: