Azərbaycan –Türkiyə münasibətlərinin inkişafı hər iki ölkənin
gələcəkdə enerji sahəsində daha böyük söz sahibi olacağına
zəmanətdir.
AzerTimes xəbər verir ki, bunu
TurkicWorld-ə açıqlamasında tanınmış türkiyəli ekspert, “Takvim”
qəzetinin siyasi şərhçisi Ekrem Kızıltaş bildirib.
O qeyd edib ki, Türkiyənin enerji istehsal edənlərlə ona
ehtiyacı olanlar arasında ən sabit nəqliyyat xətti olması bu
baxımdan böyük üstünlükdür.
Onun sözlərinə görə, Azərbaycan – Türkiyə münasibətlərinin
inkişafı hər zaman Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzindədir.
“Bildiyiniz kimi, martın 10-da Ankarada hər iki dövlət başçıları
görüşüb və görüş çərçivəsində dövlət başçıları müttəfiqlik
münasibətləri çərçivəsində bütün məsələləri geniş şəkildə müzakirə
ediblər”, – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında baş verən
proseslər Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın nə qədər
əhəmiyyətli olduğunu bir daha ortaya qoyub.
Qeyd edək ki, martın 10-da Ankarada keçirilən görüşdə Prezident
İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb,
Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib
Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi
səylərini yüksək qiymətləndiriblər. Son olaraq, Azərbaycan-Türkiyə
müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnun olduqlarını
ifadə ediblər.