Azərbaycan-Türkiyə münasibətlərində dinamika – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Azərbaycan-Türkiyə münasibətlərinin dinamikasını təhlil edərkən
üç mühüm sahəyə diqqət göstərmək mütləqdir. Hərbi əməkdaşlıq,
enerji sahəsində ortaq layihələr və informasiya təhlükəsizliyi. Bu
sahələrin real göstəricisi aşağıdakı kimidir:

– Bütün qoşun növləri üzrə fasiləsiz olaraq ortaq və
dəstəkləyici hərbi təlimlərin keçirilməsi bu sahədəki müttəfiqlik
milli müdafiə gücünün təməlidir;

– Türkiyə tarixdə ilk dəfədir ki, enerji daşıyıcıları ilə daxili
tələbatını risksiz təmin edir və tranzit nəqletmə imkanları
durmadan genişlənir;

– İnformasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa gəldikdə isə
müşahidələr göstərir ki, artıq Azərbaycan və Türkiyə media
quruluşları bir-birinə aid informasiyaları xarici xəbər bülleteni
olaraq yox, məhz daxili informasiya statusu ilə təqdim
etməkdədirlər.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycan-Türkiyə
münasibətlərində artan dinamika, Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılması” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
Türkiyənin Azərbaycandaki sabiq səfiri Hulusi Kılıç, politoloq
Xəyal Bəşirov və millət vəkili Naqif Həmzəyev mövzu ətrafında
müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: