Xəbər - Humay Ağacanova – Trend:
Demokratik Azərbaycan Cumhuriyyətinin qurulması ilə başlanan Türkiyə-Azərbaycan münasibətlərinin təkrar bərpa edilməsi Azərbaycanın yenidən müstəqillik qazanması ilə birlikdə həyata keçirildi.
Bunu Trend-ə açıqlamasında Kastamonu Universiteti müəllimi Dr. Elşan İzzetgil deyib.
O qeyd edib ki, Azərbaycan müstəqilliyi digər sovet ölkələrinin bir çoxundan ağrılı və çətin olub. Buna misal olaraq 20 Yanvar hadisələrini göstərə bilərik.
“Azərbaycan müstəqilliyini elan etdiyi zamanda Qarabağda münaqişələr baş verirdi, iqtisadiyyat çökmüşdü. O zaman Azərbaycanın qardaş Türkiyədən gözləntiləri yüksək idi. Türkiyə Azərbaycanın müstəqilliyini həyəcanla qarşıladı.
İlk razılaşmalar iqtisadi sahədə başladı. Həmin zamanlarda Bakı-Tiblisi-Ceyhan kimi çox vacib razılaşma imzalandı. Bu, Azərbaycan Türkiyə münasibətləri aspektindən konkret bir addım olaraq dəyərləndirilir. “İki dövlət, bir millət” şüarındakı duyğu hər şeyə rəğmən davam edərək bugünlərə qədər gəlib çatdı”, – deyə o bildirib
Onun sözlərinə görə, Azərbaycan- Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir. Bu günə baxdığımızda iki ölkə arasında 180-dən çox razılaşma və protokolların imzalandığını görərik.
“İki ölkə diplomatik sahədə güclərini birləşdirirək xüsusilə təməl problemləri olan Qarabağ və saxta erməni soyqırımı iddialarına qarşı xarici siyasətdə birlikdə hərəkət etdilər. İki ölkəni diplomatik münasibətləri o qədər uyğun formada davam edib ki, bölgədə barış və rifah mövzularında da üçlü mexanizmlər yaradılması fikri ortaya çıxıb. Bunlara misal olaraq, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə Azərbaycan -Türkmənistan və s. əlaqləri göstərmək olar. Bu mexanizmlərlə bölgdə sülhün və rifahın olması, problemlərin həlli üçün birgə yollar müzakirə edilir.
Bu ikili əməkdaşlıq və müvəfəqiyyət regiondakı digər ölkələrə də çox vacib mesajlar verir. Bunun uzunmüddətli təsirləri olacağını düşünürəm. Xüsusilə Şuşada imzalanan, əməmkdaşlıq səviyyəsini müttəfiqlik səviyyəsinə çıxaran razılaşma çox önəmli rol oynadı. Həm Rusiyaya, həm qərbə, həm də regionla əlaqəli digər ölkələrə də əhəmiyyətli mesajlar verdi.
Mütəffiqlik əslində təhülkəsizliklə əlaqəli bir anlayışdır. Lakin bununla yanaşı digər bütün sahələrdə əməkdaşlığın ən üst səviyyəyə gətirlməsini özündə ehtiva edir. – deyə o vurğulayıb.