Azərbaycan – Türkiyə münasibətləri həyatımızın bütün sahələrini əhatə edir – Rufiz Hafizoğlu

Azərbaycan – Türkiyə münasibətləri ən pik həddədir. Digər bir
tərəfdən də bu əlaqələr həyatımızın bütün sahələrini əhatə
edir.

Trend xəbər verir ki, bu sözləri ARB-24
telekanalının “İş vaxtı” verilişində çıxışı zamanı Trend Beynəlxalq
İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri
Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, Azərbaycan – Türkiyə münasibətlərinin tarixi
mədəni kökləri var.

“Azərbaycan – Türkiyə münasibətlərindən danışanda biz ümumilikdə
bu münasibətlərin sadəcə iki dövlətin xeyrinə olduğunu qeyd edirik.
Lakin daha diqqətlə şərh etsək, görərik ki, bu münasibətlər yalnız
Azərbaycan və Türkiyə üçün yox, həmçinin, bölgə üçün də
əhəmiyyətlidir.

Qarabağda Zəfərdən sonra Azərbaycan bütün dünyaya sülhün
tərəfdarı olduğunu yalnız sözlə yox, həm də orada aparılan
quruculuq işləri ilə göstərdi”, – deyə R.Hafizoğlu əlavə edib.

Teqlər: