Xəbər - Humay Ağacanova -Trend:
Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində deyib.
Minatəmizləmə qruplarının sayının artırıldığını, bu işi etmək istəyən şəxslərə təlimlər keçirildiyini vurğulayan V.Süleymanov Türkiyənin minatəmizləmə sahəsində ixtisaslaşmış qurumları ilə davamlı təmasda olduqlarını, təcrübə mübadiləsi aparıldığını qeyd edib.
V.Süleymanov həmçinin bildirib ki, əraziləri minalarla çirkləndirmək 1949-cu ildə imzalanan Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn təməl norma və prinsiplərinə ziddir: “Ermənistanın işğal dövründə yerləşdirdiyi minaların partlaması nəticəsində 7 əsgər, 26 mülki şəxs olmaqla 33 Azərbaycan vətəndaşı şəhid olub, 139 vətəndaş isə ağır yaralanıb”.