Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaqlar.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi deyib.
Nazir qeyd edib ki, 10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlıq görülür:
“Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var”.
V.Kirişçi vurğulayıb ki, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.