Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası milli müdafiə
nazirinin müavini cənab Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik
Z.Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq
üzərində qurulduğunu qeyd edərək Azərbaycanın müdafiə qüdrətinin
artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil
sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun
bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu
bildirib.

Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət
başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığı, bütün
sahələrdə olduğu kimi hərbi sahədə də qardaş Türkiyənin göstərdiyi
dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Türkiyənin milli müdafiə nazirinin müavini isə öz növbəsində
Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək
ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf
etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini
vurğulayıb.
Bakıda keçirilən “Texnofest Azərbaycan” festivalının xüsusi
əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf
perspektivləri və əsas istiqamətləri müzakirə edilib.

Teqlər: