Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində energetika naziri
Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər nazirinin
müavini Alparslan Bayraktar ilə görüşüb.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə uzunillik
Azərbaycan-Türkiyə enerji əməkdaşlığının hər iki ölkə üçün
faydalarından məmnunluq ifadə edilib. TANAP layihəsinin Türkiyənin
təbii qaz tələbatının ödənilməsinə töhfələri qeyd edilib.
İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı
nəzərdən keçirilib. Təbii qaz və elektrik enerjisi üzrə
əməkdaşlığın inkişafı üçün imkanlar ətrafında fikir mübadiləsi
aparılıb.