Türkiyə Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümüdür. 1992-ci ilin yanvar ayının 14-də Azərbaycan Respublikasının və Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə baş verdi. XX əsrin əvvəllərində ilk dəfə müstəqilliyini qazanmış sonradan onu itirmiş Azərbaycan əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşmuşdur. Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra diplomatik münasibətlərin qurulması qardaşlıq və həmrəylik nümayişi kimi əbədi olaraq xalqımızın yaddaşında qalacaqdır.
XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın kədəri-kədərimiz, sevinci- sevincimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”
1918-ci ildə Qafqaz İslam ordusu Bakını xilas etdi və Azərbaycan Demokratik Raspublikasının elan olunmmasında bu həlledici amil oldu. Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra Azərbaycanla Türkiyə arasında artiq yeni, keyfiyyətcə daha müasir münasibətlər formalaşmağa başladı. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı bu münasibətlər daha yüksək səviyyəyə çatdı. İki ölkə arasında mövcud olan qardaşlıq əlaqələri müharibənin qələbə ilə başa çatmasında mühüm rol oynadı.
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Müttəfiqlik haddinda imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyənnamədə göstərilən bütün müddəalar keyfiyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. İmzalanmış Bəyənnamə tarixə əsaslanır və möhkəm təmələ malikdir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlqaqələri, mədəniyyət, təhsil, idman, gəncər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur.
Bəyannamədə mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat layihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrin çox açıq şəkildə öz əksini tapması çox böyük əhəmiyyətə malikdir. Bu da ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, azərbaycan tək deyil. Bu həm Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.
Milli Məclisin deputatı
Rauf Əliyev