Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 ili – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Türkiyə ən çətin dövrlərdə Azərbaycan ilə birlikdə olub.
Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bütün dünyaya
örnəkdir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə
inkişaf etməkdədir. Ulu öndərlər Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
və Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarları
qardaşlığımızın mənəvi-ideoloji əsasını təşkil edir.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycan-Türkiyə diplomatik
münasibətlərinin 30 ili, Şuşa Bəyannaməsi, Ermənistan-Türkiyə,
Azərbaycan-Ermənistan arasında normallaşma məsələləri” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları – SETA Təhlükəsizlik Şöbəsi müdiri Murat Yeşiltaş, İRAM
direktoru Haqqi Uyqur və BMTM-in şöbə müdiri Cavid Vəliyev mövzu
ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=8AB35DrFjqs

Teqlər: