Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan tükdilli dövlətlər arasında əlaqələrin inkişaf etditilməsi istiqamətində lazımi işləri görür.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.
H.Hacıyev bildirib ki, türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir: “İnformasiya və kommunikasiya sahəsində də əməkdaşlığın genişləndirilməsi qarşıda duran prioritet istiqamətlərdən biridir. Media sahəsində əməkdaşlığın lazımi hüquqi parametrləri müəyyən edilib, lazımi sənədlər qəbul olunub ki, bu da əməkdaşlığımızın praktiki formada genişləndirilməsi üçün imkanlar yaradır. Türkidilli ölkələr arasında informasiya təminatının yaradılması vacib şərlərdən biridir”.