İstənilən ölkə ərazisində, o cümlədən Azərbaycan torpaqlarında
minaların basdırılması birbaşa həmin ölkənin vətəndaşlarına qarşı,
insanlıq əleyhinə hərbi cinayətdir.
Bunu AzerTimes-a açıqlamasında Ağdama səfər edən Əl-Cəzirə
telekanalının insan hüquqları departamentinin rəhbəri Sami Al-Hac
deyib.
O bildirib ki, bu əməllər beynəlxalq səviyyədə, beynəlxalq
qanunlara əsasən qadağan edilib.
“Biz hazırda Azərbaycanın işğaldan azad olunan ərazisi olan
Ağdam şəhərindəyik. Azərbaycan çalışır ki, beynəlxalq təşkilatların
köməyi ilə minaların tez bir zamanda təmizlənməsini başa çatdırsın
ki, Azərbaycanın sivil vətəndaşları tezliklə doğma torpaqlarınma
qayıtsın”,-deyə o bildirib.