Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində PKK terror təşkilatına simpatiyası və Azərbaycan torpaqlarına ərazi iddiası ilə tanınan media fəalı həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.
Bildirilib ki, “Urmiya24” sosial media kanalının admini olan Rəsul Gəlleban təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Qeyd edək ki, adıçəkilən sosial media kanalı kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarının yayılmasında fəal olub.
Bir sıra media fəalları Rəsul Gəlləbanın təhlükəsizlik qüvvələri ilə əlaqəli işlədiyi və məqsədli şəkildə azərbaycanlılarla kürdlər arasında münaqişəni qızışdırdığını yazıblar.