Azərbaycanlılar Rusiya sülhməramlılarının blok-postunu keçib və çadırlar qurmağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə keçmiş Əsgəran rayonunun keçmiş “meri” Alyoşa Qabrielyan deyib.
“İndi biz azərbaycanlılardan 200-400 metr uzaqlıqdayıq. Biz humanitar yüklərin qarşısını almaq üçün burdayıq. Onların göndərdiyi yardım bizə lazım deyil. Laçın dəhlizini açsınlar”, – deyə o bildirib.
Qeyd edək ki, hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardım Ağdam-xankəndi yolunda gözləyir.
Rusiyalı milyarder Ruben Vardanyanın dəstəsi isə humanitar yükün qarşısını almaq üçün toplaşıb.