Azərbaycan tezliklə sovet dövrünün bütün elektrik stansiyalarını yeniləri ilə əvəz edəcək – Nazir müavini

Azərbaycan Energetika Nazirliyi tezliklə sovet dövrünün bütün
köhnə elektrik stansiyalarını yeniləri ilə əvəz edəcək.

Trend-in məlumatına görə, bunu energetika
nazirinin müavini Elnur Soltanov ADA Universitetində keçirilən
beynəlxalq konfrans zamanı deyib.

“Azərbaycanda istehsal olunan elektrik enerjisinin 93-94 faizi
istilik stansiyasının payına düşür, burada isə geniş həcmdə qaz
istifadə etmək lazımdır. Bununla əlaqədar olaraq, bərpa olunan
enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılmasına
yönəlmiş hökumət proqramı hazırlanıb”, – nazir müavini deyib.

O əlavə edib ki, Azərbaycanda digər ölkələrlə müqayisədə
elektrik enerjisi qiymətləri əhəmiyyətli dərəcədə aşağıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: