Azərbaycan Texniki Universitetində “Üfüq Azərbaycan” adlı tədbir keçirilib (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

Bu gün Azərbaycan Texniki Universitetində “Üfüq Azərbaycan” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Biznes Forumu (İBF) çərçivəsində keçirilən tədbirdə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın moderatorluğu ilə “Türkiyə-Azərbaycan Gənclərinin İş Dünyasına İnteqrasiyası” adlı panel müzakirələri keçirilib.

Paneldə İBF prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu rəhbəri Erol Yarar, Gənc MÜSİAD İdarə Heyətinin sədri, MÜSİAD Azərbaycanın rəhbəri Abdurrahman Uzun, Azərbaycan Texniki Universitenin prorektoru Çətin Elmas çıxışları zamanı sanəye və iş dünyası sahəsində öz təcrübələrini gənclərlə bölüşüblər.

Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə gəncləri arasında əməkdaşlıq qurmaq, onların iş dünyasına intqerasiyasına təkan verməkdir.

Qeyd edək ki, sentyabrn 15-də Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumuna (IBF- International Business Forum) start verilib.

Teqlər: