Azərbaycanın 10 erməni hərbçisinin geri qaytarılması humanitar məsələlərin həllində mühüm addımdır.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb.
“10 erməni hərbçinin Ermənistana təhvil verilməsinə şadam. Avropa İttifaqı Avropa Şurasının sədri Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə uğurlu görüşlərinə əsaslanaraq hər iki ölkə ilə işləməyə davam edəcək”.