Əgər biz Azərbaycan tərəfdən atəşə cavab verməmişiksə, deməli, biz bunu təhlükə kimi görməmişik.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib.
“Narahatlıqlar səs-küylü bəyanatlarla deyil, aparılan və görüləcək işlərlə aradan qaldırılmalıdır. Heç nəyi istisna etmək olmaz, lakin bu atışmalar irimiqyaslı addımları proqnozlaşdırmaq üçün əsas vermir”, – Köçəryan bildirib.