Son vaxtlar korrupsiya ilə mübarizə sahəsində Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin bu quruma inamın və etibarın dövlətçilik fonunda təcəssüm etməsinə səbəb olmuş, əslində bu korrupsiya və rüşvətlə mübarizə sahəsində yeni nəfəs, yeni dövlətçi təfəkkürün, vətənə sədaqət və sevginin təzahürüdür.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu etimadı doğrultmaq, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək üçün əzmlə, yorulmadan çalışır, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. Bu gün Azərbaycan təhlükəsizlik orqanları yaranmasının 102-ci ildönümünü əldə etdiyi yüksək nailiyyətlər, xidməti uğurlar və ən əsası dövlətimizin və xalqımızın ona bəslədiyi yüksək etimad, etibar və inam işığında qeyd edir.
Sonda biz veteranlara, xüsusən Azərbaycan təhlükəsizlik orqanlarının veteranlarına göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidenti Zati-aliləri İlham Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə öz dərin minnətdarlığımızı ifadə edir, təqaüddə olmağımıza baxmayaraq bütün veteranların şüarı dəyişməz olaraq qalır: vətənə, millətə sədaqət, xidmət, dövlətə, ölkə rəhbərinə sadiqlik. (III hissə)
Azər Qarayev
Azərbaycan təhlükəsizlik orqanlarının və 1-ci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik
“Respublika” qəzetinin 62-ci sayı (6958), 20 mart 2021-ci il
http://www.respublica-news.az/images/pdf/2021.03.20.pdf