Xəbər - Fidan Babayeva – Trend:
2021-ci ilin yanvar-mart aylarında Azərbaycan 6,16 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, yanvar-fevral aylarında ixrac olunan təbii qazın ümumi məbləği 867,06 milyon dollara yaxın olub.
Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 20,95 faizini təşkil edib.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.
(Tərcümə: Orxan Nəbiyev)