Azərbaycan TAP sayəsində İtaliyaya üçüncü ən iri qaz tədarükçüsünə çevrilib – Səfir

Azərbaycan İtaliyaya ən iri xam neft tədarükçüsüdür, indi isə
Trans-Adriatik boru xətti (TAP) sayəsində üçüncü ən iri qaz
tədarükçüsünə çevrilib.

Trend-in
məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd
Əhmədzadə “Euractiv” nəşrinə müsahibədə deyib.

“Ötən il biz İtaliyaya yeddi milyard kubmetrə yaxın qaz tədarük
etmişik. Energetika nazirimiz qeyd edib ki, indiki hasilat tempinin
saxlanacağı təqdirdə bu ilin sonunadək İtaliyaya uzunmüddətli və
spot müqavilələr üzrə qaz ixracımız 9,5 milyard kubmetrə çata
bilər. Nazir həmçinin TAP-ın genişlənməsindən sonra 10 faizlik
hidrogen qatışığının nəqli üçün imkanların mövcudluğunu qeyd edib.
Məhz bu günlərdə TAP konsorsiumunun rəhbərliyi qaz kəmərinin tam
nəql gücünə çıxdığını bildirib. Söhbət sutkada 33 milyon kubmetr və
ya ildə 12 milyard kubmetr qazdan gedir. Bunun 10,5 milyard
kubmetri İtaliyanın payına düşür, – deyə səfir bildirib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: