Azərbaycan Şuşanın azad edilməsi üçün ağır silahlardan istifadə etməyib – Hikmət Hacıyev

Şuşa. Trend:

Azərbaycan Şuşa şəhərinin azad edilməsi üçün ağır silahlardan
istifadə etməyib.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada “Cənubi
Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans
zamanı deyib.

“Biz Şuşa şəhərinin azad edilməsi üçün ağır silahlardan istifadə
etməmişik, çünki biz şəhərin mədəni, tarixi əhəmiyyətini çox yüksək
qiymətləndiririk”, – deyə o bildirib.

Onun sözlərinə görə, Şuşa azərbaycanlıların qəlbində xüsusi yer
tutur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: