Azərbaycan sülhməramlıları 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

AzerTimes-ın əldə etdiyi məlumata görə, avqustun 17-də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100 -dən çox əməkdaşının Kabil hava limanında təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər.


Növbəti dəfə isə hərbiçilərimiz 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər.

Teqlər: