Azərbaycan startupları üçün yeni beynəlxalq layihə!

Azərbaycanın ən yaxşı gənc komandaları, startapları və
şirkətləri indi Varşava, Praqa, Budapeşt və Bratislava kimi
beynəlxalq investisiya səhnələrində yer ala bilərlər. Bütün bunlar
Aİ-nin aparıcı tərəfdaşları (akseleratorlar, VC fondları, biznes
mələkləri və s.) ilə görüşə biləcək qlobal ambisiyaları olan
innovatorlar üçün yeni 1,5 illik proqram olan V4-Azerbaijan
Tech Bridge
sayəsindədir.

V4-Azerbaijan Tech Bridge layihəsinin məqsədi Azərbaycan
startapçılarının və innovatorlarının potensialını Aİ iştirakçıları
ilə birləşdirərək Vişeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa,
Slovakiya) və Azərbaycan arasında innovasiyalar sahəsində
əməkdaşlığı qurmaq və gücləndirməkdir, yəni innovasiya mərkəzləri,
özəl investorlar, venture capital fondları və yenilik axtaran
korporasiyalar kimi startup ekosistemləri.

Layihə bir tərəfdən Vişeqrad Qrupundan olan tərəfdaşlar
(investorlar, akseleratorlar, mələklər, mentorlar və s.), digər
tərəfdən isə Azərbaycan startapları və innovatorları arasında yeni
şəbəkə platforması yaradır. Layihəyə bir sıra görüşlər, təlim
sessiyaları, təkmilləşdirmə proqramı, demoday-lər, şəbəkələşmə,
post-akselerasiya və nəhayət, 2023-cü ildə Bakıda keçiriləcək
V4-Azərbaycan Startap Sammiti daxildir. Layihə ən yaxşı V4
texnologiya şəhərlərində onlayn rejimdə həyata keçirilən 8 regional
bölmədən ibarət olacaq və bu 8 şəhərin potensialını və bütün V4
ekosistemini Azərbaycandan olan gənc, innovativ istedadlar üçün
imkanlar baxımından təqdim edəcək. Azərbaycanın 20 ən perspektivli
startap komandası Gəncədə keçiriləcək onlayn yarımfinala dəvət
olunacaq və burada layihənin münsiflər heyəti Bakıda keçiriləcək
startap qala tədbirində (2023) iştirak etmək üçün ən yaxşı 10
startapı seçəcək.

Layihə Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə
başladı və Beynəlxalq Vişeqrad Fondundan (V4F) maliyyə vəsaiti
aldı. Təşəbbüs Vişeqrad Qrupundan 4 Tərəfdaşdan ibarət konsorsium
tərəfindən həyata keçiriləcək: Startup Hub Poland
Foundation
(Polşa, layihə rəhbəri), AI Startup
Incubator
(Çexiya), CEU iLab (Macarıstan),
CIVITTA (Slovakiya) və IdealHub Innovation and
Technology Center
(Azərbaycan) əməkdaşlığı ilə.

Layihə Vişeqrad ölkələrinin Bakıdakı bütün səfirlikləri
tərəfindən dəstəklənir: Çexiya Səfirliyi, Macarıstan Səfirliyi,
Polşa Səfirliyi və Slovakiya Səfirliyi.

NİYƏ POLŞA VƏ VİSEQRAD BÖLGƏSİ?

“Mərkəzi və Şərqi Avropa böyük potensiala malik Aİ-nin ən
sürətlə inkişaf edən regionlarından biridir. V4 layihəsinin
iştirakçısı kimi mən birbaşa inkişaf edən startap ekosistemi ilə
tanış ola bildim. Bu ölkələr çox maraqlı imkanlar yaradır, həm
akselerasiya proqramları ilə, həm mentorluqla, həm ilkin mərhələdə
start-uplar üçün VC maliyyələşdirməsiləri iıə, həm də böyük uğur
qazanan sahibkarlardan məsləhətləri ilə, çünki onların bir necə
uğurlu startapları var və hazırda bir neçə “unicorn”
ları
artıq mövcuddur”
– Azərbaycan və ABŞ arasında fəaliyyət
göstərən startap
çı Sanya Kumari deyir.

Necə işləyir?

Bu il fevralın 28-dək Azərbaycan startapları Varşavada
Startup Hub Poland tərəfindən təşkil olunan bu tamamilə
yeni formatın birinci fəsli üçün layihənin internet saytında
(startuphub.pl/V4-azerbaijan/)
müraciət edə bilərlər. Seçilmiş 10 komanda aprelin 7-də Demoday-dən
əvvəlki 2 günlük qısa onlayn təlim düşərgəsində (10 və 11 mart)
iştirak edəcək. Qaliblər 2023-cü ilin iyununda Bakıda keçiriləcək
V4-Azərbaycan Startap Sammiti adlı möhtəşəm qala tədbirinə
namizəd olaraq iştirak edəcək

“Varşavadan başlayaraq, Vişeqrad bölgəsi ümumilikdə 8 oxşar
böl
üm keçirdəcək. Avropa İttifaqının ən sürətlə
inkişaf edən startap regionu olan Çexiya, Macarıstan, Slovakiya və
Polşanın ən canlı texnopolislərində.
Hal-hazırda
buralarda
unicorn partlaması baş verir və
mən Azərbaycanın bu imkanlardan istifadə etməməsi üçün heç bir
səbəb görmürəm”,
Startup Hub Poland-ın sədri Maciej
Sadowski deyir.

V4-Azerbaijan Tech Bridge, praktiki seminarlar və şəbəkələşmə
ilə dolu 8 onlayn bölmədən (hər bölümə 10 fərqli Azərbaycan
startapı; cəmi 80) əlavə olaraq Azərbaycanda iki tədbir yer
tutacaq. 2023-cü ilin mayında Gəncədə ən ilhamlı 20 startap üçün
onlayn yarımfinal və 10 ən üstün komanda üçün Bakıda layihənin
Finalı (V4-Azərbaycan Startap Sammiti). Təşkilatçılar
Qərbi Venture Capital fondlarını Bakıya dəvət edəcəkler, onlara ən
yaxşı Azərbaycan startaplarını təqdim etmək və Azərbaycan
startaplarına sərmayə yatırmaq üçün.

“Vışeqrad bölgəsinin dörd aparıcı startap təşkilatı
Azərbaycandan olan həmkarlarına səhnədə yaxşı ad qazanmağa kömək
edəcək. Bu geniş beynəlxalq layihənin məqsədi hamını öyrətmək,
lakin ən üst səviyyəliləri olanları

vurğulamaqdır . Avropalı investorlar
Azərbaycanı indi kəşf edirlər. Qlobal oyunçu olmaq üçün dəstəyi
gözləyən cəlbedici biznes konsepsiyaları təqdim edərək onları bu
ölkəyə tanıtmağdan daha yaxşı yolu yoxdur. Digər tərəfdən, bu
layihə Azərbaycanın istedadlı komandaları tərəfindən təklif olunan
innovativ layihələrə başlamaq və inkişaf etdirmək üçün əlverişli
yer kimi Vişeqrad Qrupu ölkələrinin startap ekosistemlərini təşviq
edəcək”,
– Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal
Poborski vurğulayıb.

“Avropanın ən zəngin mərkəzlərinin yanında yaranan və
açıqlığı, infrastrukturu, qlobal əlaqələri və investisiya imkanları
ilə xaricdən ən böyük texnoloji istedadları cəlb edən texnoloji və
investisiya nöqtəsi var. Bu, hər bir investor və yaxşı startap üçün
növbəti yer olan Vişeqrad bölgəsidir”
I SHP-nin
Proqram Direktoru Katarzyna Skoneczna bildirir.
VC-lərin gözləri Polşaya və onun qonşularına
yönəldildikdə, indi
Mərkəzi və Şərqi Avropada
görmək
ücün ən uyqun zamandir. – Katarzyna
əlavə edir.

Layihə Varşavada ilk 10 startap üçün təlim düşərgəsi ilə
başlayır və martın 10-u yerli vaxtı ilə (CET) 12:00-da
planlaşdırılır. Layihələrin qəbulu bu il fevralın 28-i
Varşava vaxtı ilə gecə yarısı başa çatır.

Aİ-dən investisiyalar və biznes tərəfdaşları ilə maraqlanan
bütün startaplar
buraya
müraciət etməlidirlər.

Potensial tərəfdaşlar, investorlar, media və digər tərəflər

buradan
istifadə edərək təşkilatçılarla əlaqə saxlaya
bilərlər

ƏHƏMİYYƏTLİ TARİXLƏR:

  • 28 fevral 2022-ci il, Varşava vaxtı (CET) ilə 23:59-a qədər –
    layihənin birinci, Varşava bölümü üçün Azərbaycan startaplarının
    qəbulu üçün son tarix.
  • 07.03.2022 – birinci fəsildə iştirak etmək üçün 10 seçilmiş
    startapın elanı.
  • 10 mart, 11 mart 2022 – ilk 10 startap üçün iki günlük onlayn
    təlim
  • 7 aprel 2022 – Birinci fəsildə iştirak etmək üçün seçilmiş 10
    startap üçün onlayn Demoday.
  • Aprel 2022 – Mart 2023 – qalan 70 startap üçün 7 yerli bölmə
    (hər bölüm üçün 10 fərqli startap)
  • May 2023 – Gəncədə 20 startapın yarımfinalları (onlayn)
  • İyun 2023 – Layihədə seçilmiş 10 ən yaxşı startapın iştirakı
    ilə Bakıda V4 Azərbaycan Startap Sammiti.

Layihənin saytında daha ətraflı oxuyun: startuphub.pl/V4-azerbaijan/

Proqramın infoqrafikasına nəzər salın:
https://bit.ly/3oNYBPd

Teqlər: