Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanın “Whelp” startap layihəsi ABŞ-ın “Techstars” akseleratorunun proqramında iştirak etmək üçün seçilib.
Bunu AzerTimes-a İnnovasiyalar Agentliyindən bildiriblər.
Qeyd olunub ki, “Whelp” layihəsi bulud texnologiyalarına və süni intellektə əsaslanan və müştərilərə dəstək üçün nəzərdə tutulan platformadır:
“Sistemə bir sıra imkanların inteqrasiya olunması sayəsində tərəflər bir-biri ilə səsli ismarışları, elektron poçt, çat, SMS və “WhatsApp” vasitəsilə birbaşa ünsiyyət qura bilir və bu, öz növbəsində müştərilərə xidmətin keyfiyyətini və sürətini artırmağa imkan verir”.
Startatpın “Techstars” proqramında iştirak etməsi iri investisiyaların cəlb olunması üçün imkan yaradacaq.
“Whelp” layihəsinin bazar dəyəri 3 milyon dollar təşkil edir.
(Tərcümə: Orxan Nəbiyev)