Azərbaycan şirkətlərinin MÜSİAD EXPO-da iştirakı KOBİA və MÜSİAD Azərbaycan tərəfindən müzakirə edilib (FOTO)

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş
Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin İdarə Heyətinin
sədri Rəşad Cabirli Azərbaycan şirkətlərinin bu ilin noyabrında
Türkiyədə keçiriləcək MÜSİAD EXPO-da iştirakını müzakirə
ediblər.

Bu barədə AzerTimes-a
MÜSİAD-dan daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər MÜSİAD EXPO sərgisində KOBİA-nın,
Azərbaycandan olan sahibkarların iştirakını təmin etmək üçün birgə
görülə biləcək fəaliyyətlər və Azərbaycan stendinin açılması
məsələsini də müzakirə ediblər.


Görüş zamanı Bakıda ötən ilin noyabrında 33 ölkədən 500-dən çox
iş adamının iştirakı ilə keçirilən İBF forumu da müzakirə
edilib.

“Bütün bunlarla yanaşı, MÜSİAD və KOBİA arasında əməkdaşlığın
daimi və müntəzəm olması haqda tərəflər arasında konsensus əldə
edilib”, – deyə MÜSİAD Azərbaycandan bildirilib.

Teqlər: